AFFA "İmişli"yə də Premyer Liqaya hazırlaşmaq tapşırığı verib.

Rekord.az xəbər verir ki, hətta federasiyanın xətti ilə İmişli stadionuna mütəxəssis də göndərilib, hazırkı qazondan nümunələr götürülüb, sonra qərara alınıb ki, örtük, ümumiyyətlə, dəyişdirilməlidir.

Bu işlər AFFA-nın vəsaiti ilə ediləcək və işlərə may ayının sonunda start verilməsi nəzərdə tutulub.