2036-cı il Yay Olimpiya və Paralimpiya Oyunları İndoneziyada keçirilə bilər.

Rekord.az İndoneziya Milli Olimpiya Komitəsinə istinadən xəbər verir ki, ölkə Olimpiadanın Nusantara şəhərində təşkili üçün namizədliyini irəli sürəcək.

Komitə daha əvvəl 2032-ci ildəki analoji yarışın keçirilməsi məqsədi ilə müraciət etsə də, Avstraliyanın Brisben şəhəri ilə rəqabətdə uduzub.

Qeyd edək ki, İndoneziyada paytaxtın Cakartadan Kalimantana köçürüləcəyi planlaşdırılır. Kalimantan isə Nusantara adlandırılacaq.