
1-ci Liqada mövsümə yekun vuruldu
- 23 May 2025 19:30
- 97
1-ci Liqada 2024/25 mövsümünə yekun vurulub.
Rekort.az xəbər verir ki, bu gün sonuncu – 27-ci turun son üç görüşü baş tutub.
“Baku Sportinq” – MOİK matçı qolsuz bitib. “Cəbrayıl” evdə “Zaqatala”ya qalib gəlibsə, “İmişli” “Difai”yə səfərdə qalib gəlib.
“Qəbələ” 67 xalla çempion olubsa, “İmişli” 52 xalla ikinci, “Karvan” 47 xalla üçüncü yeri tutub.
1-ci Liqa
27-ci tur
23 may
“Baku Sportinq” – MOİK 0:0
“Cəbrayıl” – “Zaqatala” 1:0
Qol: Samir Məhərrəmli, 74.
“Difai” – “İmişli” 1:3
Qollar: Seymur Rəhimov, 8 - Həzrət İsayev, 26. Elmir Rəhimzadə, 67. Xəlil Bəşirov, 85.
Turun digər oyunları:
“Qaradağ Lökbatan” – “Qəbələ” 0:3
“Mingəçevir” – “Karvan” 2:1