
"Zirə"nin futbolçusu Ukrayna millisindən imtina etmək istəmir
- 31 Mar 2023 13:00
- 561
AFFA "Zirə"nin yeni transferi Eldar Quliyevi Azərbaycan millisinə dəvət etmək istəsə də bu, bir qədər çətin görünür.
Rekord.az xəbər verir ki, "Minay"da çıxış edən və müharibə səbəbindən Ukraynanı tərk edərək Bakıya gələn Eldar hazırda Ukrayna U-21-nin də üzvüdür.
Müharibədən sonra yenidən Ukraynaya dönməyi düşünən Quliyev Ukraynanın əsas millisində oynamaq istəyir. Bu mənada AFFA-nın təklifini qəbul etməyə tələsmir.