Riçard Almeyda yenidən Azərbaycan çempionatında çıxış edəcək və "Zirə"nin formasını geyinəcək.

Rekord.az xəbər verir ki, Almeyda yeni klubunda "Qarabağ"da aldığından qat-qat aşağı maaş alacaq.

Bununla belə, "Zirə"nin ən ödənişli futbolçusu olacaq. Bizə daxil olan məlumata görə, braziliyalının aylıq maaşı 10 min dollara yaxın olacaq.