“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, sözügedən klub Abbas İbrahimlə anlaşıb. 

Nigeriyalı yarımmüdafiəçi ilə 2 il yarım + 1 illik müqavilə imzalanılıb. 

25 yaşlı futbolçu daha əvvəl Portuqaliyanın “Pasuş de Ferreyra”, “Paredes” və “Arouka”nın formasını geyinib.