Millimizin heyəti bəlli oldu
- 12:57
- 49
Avropa çempionatının 1-ci təsnifat mərhələsində (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) iştirak edəcək 20 yaşadək milli komandamızın heyəti açıqlanıb. "Rekord.az" xəbər verir ki, komandamızda 14 oyunçu yer alır.
U-20 millimizin baş məşqçisi Gökhan Edman, köməkçi məşqçilər Giray Taygun Yıldırım və Samir Nəbiyevdir.
Qeyd edək ki, yığmamız bu gün ilk oyununa çıxacaq. Rəqib Polş akomandası olacaq. Gürcüstanda baş tutacaq oyun Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
U-20 yığmamızın heyəti: Çinarə Rəhimova, Dilarə Ağayeva, Ulyana Kovolyava, Nuray Vahablı, Mədinə Əlibəyova, Fatimə Mirzəyeva, Zeynəb Quluzadə, Leyla Əliyeva, Aydan Mirzəyeva, Ülkər Allahverdiyeva, Aişa Alismanova, Sara Talıbova, Aylin Əlizadə, Zarina Namazova.
