Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" komandası üçüncü yoxlama oyununda uduzub.


Rekord.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv Çexiyanın "Bohemians 1905" klubu ilə qarşılaşıb və 1:3 hesabı ilə uduzub.


Azərbaycan kollektivinin qolunu 41-ci dəqiqədə Ruan Renato vurub.


"Zirə" ilk yoxlama oyununda Rumıniyanın "Çiksereda" komandası ilə bərabərə qalıb - 3:3. İkinci görüşündə isə Ukrayna təmsilçisi "Aleksandriya"ya 2:3 hesabı ilə məğlub olub.