
“Zirə” Qəbələdə qələbəyə sevindi
- 25 Avq 2025 21:00
- 34
Bu gün Misli Premyer Liqasında 2-ci tura yekun vuruldu. Son günə planlaşdırılan son oyunda da meydan sahibləri qələbə qazana bilmədi.
Turun ilk 5 oyununda qonaqlar 4 qələbə qazanmış, yalnız”Neftçi” heç-heçəylə kifayətlənmişdi. Bütün qələbələr minimal fərqlə reallaşmışdı. Qəbələdə ənənə pozulmadı. “Zirə” turun 3-cü 2:1 hesabına sevindi.
İndiyədək “Qəbələ” ilə səfərdə 17 matç keçirən “Zirə” yalnız bir dəfə qələbə qazanmışdı. Həmin 3 xal 9 il öncə – 2016-cı ilin martında əldə edilmişdi. Ondan sonra baş tutan 15 dueldə meydan sahibləri ya qələbə, ya da heç-heçə ilə yadda qalmışdı.
Hesabda geri düşən “qartallar” Ceyhin Nuriyevin dublu sayəsində xoşagəlməz seryaya son qoydu. Bu qələbə “Zirə”nin 4-cü pilləyə qalxmasına da yardım etdi.
Misli Premyer Liqası
2-ci tur
Qəbələ – Zirə 1:2
Qol: Nicat Əliyev, 16 – Ceyhun Nuriyev, 31; 45+1.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Elvin Bayramov.
Qəbələ şəhər stadionu.
“Qəbələ”: 1. Səlahət Ağayev 28. Murad Musayev (k) 13. Nicat Əliyev 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 50. Adriel Ba Loua 3. Eduardo Kunde 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 97. Elşad Tağıyev 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 36. Elnur Mustafayev 17. Qədir Ramazanov 21. Ziya Şəkərxanov 12. İbrahim Sanqare 70. Paulo Quimbila.
“Zirə”: 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli 29. Ceyhun Nuriyev 4. Ruan Renato 9. Davit Volkov 10. Giorgi Papunaşvili 20. İssa Cibrila 5. Ange Mutsinzi 11. Junior Martins 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov 31. Eldar Tərlanov 70. Namik Ələskərov 21. Hacıağa Hacılı 16. Fuad Bayramov 14. Elçin Əlicanov 26. Stefan Aka 28. Leroy Mikels 93. Brahim Konate 77. Yeqor Boqomolski 6. Eldar Quliyev.
Daha öncə keçirilmiş “İmişli” – “Neftçi” matçında qalib müəyyənləşməyibsə (0:0), “Qarabağ” “Sumqayıt”a (0:1), “Kəpəz” “Karvan”a (2:3), “Şamaxı” “Sabah”a (1:2), “Turan Tovuz” isə “Araz-Naxçıvan”a (1:2) məğlub olub.