Məlum olduğu kimi, "Zirə" ilə danışıqları müsbət nəticə verməyən Davit Volkov "Sabah"la müqavilə bağlayıb.

 

Rekord.az xəbər verir ki, buna səbəb isə maliyyə olub.



Belə ki, 27 yaşlı hücumçu “Zirə”dən ayrılsa da, digər premyer-liqa klubuna keçib. Gürcüstan millisinin üzvü "Sabah"la anlaşıb. 2 illik müqavilə imzalayan Volkov ilinə 165 min dollar qazanacaq.

Qeyd edək ki, hücumçu keçən mövsüm Premyer Liqada keçirdiyi 28 matçda 11 qol vurub və 6 məhsuldar ötürmə edib. ("Futbol plus")