
"Zirə" daha bir legionerini göndərdi
- 20 Dek 2021 15:07
- 653
“Zirə”də ikinci ayrılıq baş verib. Qəsəbə təmsilçisi şimalı makedoniyalı Georgi Stoilovdan sonra Velvis Damakena ilə vidalaşıb.
Rekord.az xəbər verir ki, “Qartallar” bu ilin yayında 20 yaşlı braziliyalı ilə 1+3 illik müqavilə imzalamışdı.
Ukrayna “Lvov”una məxsus hücumçu sonradan transfer hüququnu almaq şərti ilə növbəti mövsümün sonuna qədər icarəyə götürülmüşdü.
Velvis transfer hüququ alınacağı halda, onunla bağlanmış 3 illik müqavilə qüvvəyə minəcəkdi.
Lakin...
“Lvov”dan başqa Slovakiyada - “Lokomotiva”da da çıxış etmiş cənubi amerikalı legioner ümidləri doğrultmayıb və vaxtından öncə Ukrayna klubuna qaytarılması lazım bilinib. (sportinfo.az)