Zərdab Rayon Gənclər və İdman idarəsi müraciət yayıb.

Rekord.az həmin müraciəti sizə təqdim edir:

Hörmətli rayon sakinləri, əziz gənclər !

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Zərdab rayon İcra Hakimiyyətinin, Zərdab rayon Gənclər və İdman idarəsinin, Zərdab Gənclər evi SXM-nin və Zərdab rayon Uşaq İncəsənət məktəbinin birgə təşkilatçılığı ilə 5 may 2023-cü il tarixdə saat 17:00-da Heydər Əliyev parkında “Əbədi yaddaşlarda yaşayan lider” devizi ilə İdman festivalı, yaradıcı gənclərin rəsm və əl işlərindən ibarət sərgi, istedadlı gənclərin iştirakı ilə konsert proqramı təşkil olunacaqdır.

Hər biriniz dəvətlisiz !