«Zaqatala»nın aşağı yaş qrupları üzrə komandaları ölkə çempionatında çıxışını dayandırıb.

Rekord.az xəbər verir ki, bu haqda sportinfo.az saytı məlumat yayıb.

Buna səbəb isə AFFA-nın kluba ayırdığı büdcəni azaltmasıdır.

Federasiyanın yardım paketini 200 min manatadək aşağı çəkməsi səbəbindən, I Divizion təmsilçisi belə bir qərar qəbul etməli olub.

Nəticədə 5 yaş qrupu üzrə komandalar bütün turnirlərdəki çıxışını «dondurub».