"Zaqatala" ciddi sıxıntı ilə üzləşib.

Rekord.az xəbər verir ki, Zaqatala Olimpiya Kompleksinə keçən ildən olan 50 minlik illik borc bu yaxınlarda ödənilib.

Lakin komunal xidmətlərə olan külli miqdarda borc hələ də klubun ayağındadır. Xüsusilə işığa və suya böyük borc yaranıb. Hazırda rəhbərlik bu məsələni yoluna qoymaq üçün variantlar axtarır. Düzdür, klub prezidenti Musa Qurbanov rayondakı nüfuzundan istifadə edib hələlik işığın və suyun kəsilməsinə imkan vermir. Lakin o da gözəl başa düşür ki, bu borc ödənməlidir.