Lənkəranda ilk dəfə AFFA U-12 Qızlar Liqasına start verilib
- 15:40
- 41
Lənkəran Olimpiya İdman Kompleksində ilk dəfə regionda AFFA U-12 Qızlar Liqasının açılış mərasimi keçirilib.
Rekord.az xəbər verir ki, açılış mərasimində AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Zümrüd Ağayeva, texniki direktor Emrah Aykurt, 15 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rövşən Qasımov, həmçinin qadınlardan ibarət Azərbaycan milli komandasının futbolçuları Ayşən Əhmədova və Kamilla Məmmədova iştirak ediblər.
Liqa çərçivəsində 8 komanda mübarizə aparacaq. İştirakçı komandaların əksəriyyəti AFFA-nın təşkil etdiyi “FIFA Campaign Festival” və “UEFA Məktəbli Qızlar Turniri”ndə iştirak etmiş futbolçulardan formalaşdırılıb.
Liqanın keçirilməsində məqsəd regionda qızlar arasında futbolun inkişafına dəstək olmaq, onların bu idman növünə marağını artırmaq və yeni istedadların üzə çıxarılmasına şərait yaratmaqdır.