РFL рrezidenti Ramin Musayevin "Kəpəz" və "Turan Tovuz"un Premyer Liqaya gətiriləcəyi haqda verdiyi açıqlama "Zaqatala" klubunun düşərgəsində ciddi narahatlıq yaradıb.

 

Rekord.az-a daxil olan məlumata görə futbolçular baş məşqçiyə və rəhbərliyə bu açıqlamanın onlarda ruh düşkünlüyü yaratığını deyiblər.

 

Çünki hazırda "Zaqatala" turnir cədvəlində hər iki komandadan öndədir və ümid edir ki mövsümün sonunda AFFA onlara da jest edib elitaya buraxsın. Lakin Musayevin bu açıqlaması "Zaqatala" futbolçularında ruh düşkünlüyü yaradıb.