"Zaqatala" nazirliyə müraciət edib
- 06 Fev 2023 12:00
- 516
"Zaqatala" rayondakı olimpiya idman kompelksinin stadionu ilə bağlı gənclər və idman nazirliyinə müraciət edib.
Rekord.az xəbər verir ki, klub lisenziyalaşdırma ilə bağlı AFFA-ya göndərdiyi sənədlərdə stadionla olan müqaviləni də göstərməlidir.
Klubun isə kompleksə borcu qaldığından razılıq sənədi üçün birbaşa nazirliyin razılığı olmalıdır. Klub rəhbərliyi ümid edir ki, nazirlik borc məsələsində güzəşt edib razılıq sənədini verəcək.