"Zaqatala" komandası bu mövsüm I Divizionda iddialı olmayacaq.

Rekord.az xəbər verir ki, Zaqatala təmsilçisi ötən mövsümlə müqayisədə xeyli zəifləyib.

Maddi baxımdan sıxıntı çəkən komanda aparıcı futbolçularını itirib və daha çox təcrübəsiz gənclərin ümidinə qalıb. Klub rəhbərliyi də komandanın qarşısına yüksək hədəflər qoymayıb.

Qeyd edək ki, "Zaqatala" son turda "Keşlə-2"-ə 1:5 hesabı ilə uduzub.