"Yuventus" Arkadiuş Miliklə yeni müqavilə imzalayıb.


Rekord.az klubun mətbuat xidmətinə istinadən məlumat verir ki, 31 yaşlı futbolçu ilə müqavilənin müddəti 2027-ci ilin yayına qədər uzadılıb.


Polşalı hücumçu ötən ilin iyununda millinin heyətində dizindən aldığı zədə səbəbindən 2024/2025 mövsümündə bir matça belə çıxmayıb. İki əməliyyat keçirən futbolçu martda əzələ problemləri ilə də üzləşib.


Milik "Yuventus"a 2022-ci ilin yayında "Marsel"dən icarə əsasında keçib və bir il sonra 7,3 milyon avroya tam transfer olunub.