"Turan"ın ÇL-dəki ilk səfər oyunu canlı yayımlanacaq
- 14:45
- 41
Qadın voleybolçulardan ibarət “Turan” klubu oktyabrın 29-da CEV Çempionlar Liqasında növbəti oyununa çıxacaq. "Rekord.az" xəbər verir ki, Tovuz klubu yarışın 2-ci təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində Xorvatiyada “Mladost”in qonağı olacaq.
Zaqrebdə baş tutacaq görüş CBC Sport telekanalında canlı yayımlanacaq. Çempionlar Liqasının debütantının yarışdakı ilk səfər oyunu Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Qeyd edək ki, Tovuzda baş tutmuş ilk qarşılaşmada "Turan" 3:0 hesabı ilə qələbə qazanıb.