Qadın voleybolçular arasında avrokuboklarda daha bir təmsilçimiz mübarizəyə başlayır. "Rekord.az" xəbər verir ki, ölkəmizi CEV Çelenc Kubokunda təmsil edən "DH Volley" klubu sabah ilk oyununa çıxacaq.
Avrokuboklarda debüt edən komandamız yarışa 1/32 final mərhələsindən start verəcək. Ölkə çempionatının gümüş mükafatçısının bu mərhələdəki rəqibi  Danimarkanın “Holte IF” klubu olacaq. Qarşılaşma oktyabrın 27-də Danimarkada Bakı vaxtı ilə saat 22:00-da 
keçiriləcək.
Qeyd edək ki, komandaların cavab matçı noyabrın 5-də Bakıda baş tutacaq.