Azərbaycan boksçuları DÇ-ni iki medalla başa vurdular
- 16:20
- 39
Azərbaycan boksçuları Monteneqronun Budva şəhərində keçirilən U-19 dünya çempionatını 2 medalla başa vurublar.
Bu barədə Rekord.az-a Azərbaycan Boks Federasiyasından məlumat verilib.
Komandanın heyətində Nihat Qasımov (55 kq) və Səfdər Məmmədzadə (+90 kq) fərqlənib.
Onların hər ikisi bürünc medal qazanıblar.