"Yuventus" futbolçusu Artur Melonu icarə əsasında Braziliyanın "Qremio" klubuna göndərib.


Rekord.az xəbər verir ki, bu barədə "qoca sinyora"nın mətbuat xidməti məlumat yayıb.


Yarımmüdafiəçi ötən mövsümün ikinci hissəsini də icarə əsasında oynayıb. İspaniyanın "Jirona" kollektivində çıxış edən Artur 15 matçda meydana çıxıb.


2020-ci ildən "Yuventus"un şərəfini qoruyan Artur Melo ümumilikdə 63 matçda forma geyinib.