"Yuventus" qapıçısı Canluici Buffonla müqavilənin müddətini uzatmağa yaxındır.

Rekord.az "Tuttsport"a istinadən xəbər verir ki, Turin klubu 42 yaşlı qolkiperlə yeni müqavilə imzalamaqla bağlı razılığa gəlib. Razılığa əsasən, onunla müqavilənin müddəti 2021-ci ilin iyununa qədər uzadılacaq.

Qeyd edək ki, Buffon bu mövsüm 11 matçda 9 top buraxıb.