Yunis Hüseynov AFFA-dakı işindən ayrıldı
- 26 Noy 2024 14:00
- 350
"Turan Tovuz"da Kurban Berdiyevin köməkçisi təyin olkunan Yunis Hüseynov AFFA nəzdində fəaliyyət göstərən Futbolun İnkişaf Fondundakı işindən ayrılıb.
Rekord.az xəbər verir ki, Hüseynov öz istəyi ilə bu addımı atıb və eyni anda iki yerdə işləyə bilməyəcəyini bildirib.
Qeyd edək ki, təcrübəli məşqçi sözügedən qurumda Himayəçilər Şurasının sədri postunu tuturdu.