Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Polşada keçiriləcək üçüncü Avropa Oyunlarındakı rəqibləri müəyyənləşib.

Rekord.az xəbər verir ki, Polşanın Krakov şəhərində təşkil olunacaq Avropa Oyunlarının çimərlik futbolu yarışlarında bütövlükdə 8 ölkənin yığması mübarizə aparacaq.

Azərbaycan millisi ilə yanaşı, İspaniya, İtaliya, Polşa, Moldova, Portuqaliya, İsveçrə və Ukrayna yığmaları da çempionluq üçün yarışacaq.

Çimərlik futbolu yarışları iyunun 27-dən iyulun 2-dək davam edəcək.