Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında növbəti oyununa çıxacaq. "Rekord.az" xəbər verir, C qrupunda yer alan komandamız 5-cü turda İsveçlə üz-üzə gələcək.

Növbəti mərhələyə adlamaq baxımından çox önəmli olan bu görüşdə voleybolçularımızın şansı yüksək qiymətləndirilir. Lakin rəqib üçün də mühüm olan bu görüş kifayət qədər gərgin olacağı da gözləniləndir. 

Komandamız hazırda iki qələbə və iki məğlubiyyətlə qrupda 3-cü yerdədir. Bu gün istənilən hesabla qalib gələcəyi təqdirdə ilk dörd yerdən birini və növbəti mərhələni təmin edəcək.

Qeyd edək ki, qarşılaşma avqustun 23-də Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

 

Avropa çempionatı

23 avqust

C qrupu

   22:00 Azərbaycan - İsveç