photo

Yığmamız Mahaçqalada təlim-məşq toplanışına başladı

  • 2019-11-11 20:46
  • 153

Bu gün sərbəst güləş üzrə yığmamız Dağıstanın paytaxtı Mahaçqalada növbəti təlim-məşq toplanışına başlayıb. 

Rekord.az xəbər verir ki, noyabrın 23-dək davam edəcək hazırlıq prosesində komandamız baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında yerli güləşçilərlə birgə məşq edəcək. 

Toplanışda həm fiziki, həm də taktiki-texniki çalışmalara diqqət yetiriləcək.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə yığmamız təlim-məşq toplanışını Bakıda davam etdirir. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərlik etdiyi millimizin Olimpiya Güləş Mərkəzindəki hazırlıq prosesi noyabrın 16-dək davam edəcək. 

Son xəbərlər