“Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq” - Ayxan Abbasov
- 20:00
- 39
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının qrup mərhələsində Litvaya qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında qarşılaşmanı belə dəyərləndirib:
“Penalti epizodu şübhəli idi. Epizodun əvvəlində Emil Səfərova qarşı kobudluq var idi. Hesabı bərabərləşdirəndən sonra üstünlüyü ələ aldıq. Komanda şəklində intizamlı oynadıq.
Azərbaycan xalqı üçün anlamlı bir gündə meydana çıxdığımızın fərqində idik. Qalib də gələ bilərdik. Amma uduzmamaq da vacib idi. İnşallah, qələbələr də gələcək".
Mütəxəssis hədəfin qrupda 1-ci yeri tutmaq olduğunu vurğulayıb: "Bu məqsəd üçün sona qədər mübarizə aparacağıq. D Liqasından yuxarı qalxmaq istəyirik. Eyni zamanda milli komanda oyun planında daha da inkişaf etməlidir. Oyun baxımından artıq buna nail oluruq. İstədiyimiz oyunu sərgiləyirik.
Milli üzvlərində özünəinam formalaşıb. Zamanla daha da yaxşı olacağıq. Lixtenşteynlə növbəti matçda qələbə üçün oynayacağıq".
Azərbaycan millisi qrupda növbəti oyununu oktyabrın 1-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteynə qarşı keçirəcək.