Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olan basketbolçu qızlardan ibarət Azərbaycanın U-16 və U-18 milliləri növbəti yoxlama oyunlarını keçiriblər.

Rekord.az xəbər verir ki, türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi komandalar keçirdiyi 4 qarşılaşmanın hamısında rəqiblərinə qalib gəlməyi bacarıblar.

"İstanbul Yıldızları (U-16) - Azərbaycan (U-16) 71:78
"Asya Kartalları" (U-16) - Azərbaycan (U-16) 33:73
"Daçka Şerifalı" (U-18) - Azərbaycan (U-18) 61:82
"Allstar İstanbul" (U-16) - Azərbaycan (U-16) 54:72

Qeyd edək ki, U-16 millimiz daha əvvəl yerli "Daçka Şerifalı"nın müvafiq yaş qrupundan ibarət komandasına 68:36 hesabı ilə qalib gəlib.