
Yevlax stadionundan son xəbər
- 27 İyl 2023 17:00
- 698
Xəbər verdiyimiz kimi, "Karvan"ın ev oyunlarını keçirəcəyi. Yevlax stadionunda təmir işləri aparılır.
Rekord.az xəbər verir ki, futbolçuların qalması üçün yataqxana tikən rəhbərlik ot örtüyünə, tribunalara və soyunub-geyinmə otaqlarına da əl gəzdirib.
Aldığımız son məlumata görə, yataqxana xaric, qalan bütün işlər demək olar ki, yekunlaşıb. Yataqxananın da oktyabr ayına kimi təhvil verilməsi gözlənilir.