Azərbaycanın minifutbol üzrə U-23 yığması Xorvatiyada keçirilən dünya çempionatında üçüncü yer uğrunda matçda uduzub.


Rekord.az xəbər verir ki, İlkin Hacıyevin baş məşqçi olduğu komanda sözügedən oyunda Macarıstan millisinə məğlub olub.


Yığma əsas vaxtı qolsuz başa çatan qarşılaşmanın penaltilər seriyasında inamsız çıxış edib - 2:3.


Xatırladaq ki, Azərbaycan komandası yarımfinalda Rumıniya seçməsinə 0:2 hesabı ilə uduzub.


U-23 daha əvvəl keçirdiyi oyunlarda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çexiyanı 4:2, Slovakiyanı isə 3:2 hesabı ilə üstələyib. Komanda Rumıniya ilə heç-heçə (3:3) edib.