İyunun 25-də Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib.


Rekord.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri bəlli olub.


Ölkəmiz qitə birinciliyində ümumilikdə 14 çəki dərəcəsində 19 idmançı (10 oğlan, 9 qız) ilə fərdi mübarizədə təmsil olunacaq. Yığmamız turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.


Qızlar


-40 kq

Mədinə Hüseynova – Nora Takaş (Macarıstan)


-44 kq

Gülşən Hüseynova – Sara Zvajker (Sloveniya)


-48 kq

Nərmin Ağamirzəzadə – Salome Merkviladze (Gürcüstan)

Leyla Ələkbərova – Aleksis Byukenen (Böyük Britaniya)


-52 kq

Aysun Məmmədova – Sofia Qaspar (Portuqaliya)

Nuranə Hacızadə – Mia Şimiç (Bosniya və Herseqovina)


-57 kq

Səmayə Yusifli – Elif Kılıç (Türkiyə)


-63 kq

Ayan Əliyeva – Kloe Jan (Fransa)


-70 kq

Məsumə Məmmədli – Aleksandra Tsenova (Bolqarıstan)


Oğlanlar


-50 kq

Anar Quliyev – Gilius Mitsyeviçyus (Litva) / Petar Markoviç (Serbiya) cütünün qalibi ilə

İbrahim Talıbov – Dimitrios Qulas (Yunanıstan)


-55 kq

Rəsul Əlizadə – Artur Sarkisyan (IJF)

Məhəmmədəli Hüsiyev – Noa Petşallis (Almaniya)


-60 kq

Zeyd Ələsgərov – Matye Demar (Fransa) / David Georqu (Böyük Britaniya) cütünün qalibi ilə


-66 kq

Əli Hümbətov – Alihan Naqimulin (Almaniya) 


-73 kq

Səid Şərifov – Aleksandr Aleynikov (Belarus)

Ayxan Həsənli – Luka Qiqilaşvili (Böyük Britaniya)


-90 kq

Səid Hüseynov – Kvint Rohde (Niderland)


+90 kq

Tunar Fərzəliyev – Marko Çivlaçki (Şimali Makedoniya)


Qarışıq komanda yarışı

1/8 final

Azərbaycan - Çexiya