Yeni Zelandiya - Misir matçının ən yaxşı futbolçusu açıqlandı
- 08:40
- 25
Futbol üzrə dünya çempionatında Yeni Zelandiya və Misir yığmaları arasında keçirilən G qrupunun 2-ci turunun matçının ən yaxşı oyunçusu müəyyənləşib.
Rekord.az xəbər verir ki, afrikalıların heyətində Məhəmməd Salah oyunun ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, futbolçu sözügedən matçda 1 qol və 1 assistlə komandasının qələbəsində (3:1) əsas pay sahibi olub.