"Araz Naxçıvan" mövsümün sonuna kimi ev oyunlarını Bakıda keçirəcək.

Rekord.az bu haqda daha öncə məlumat vermişdi.

Yeni məlumata görə, yayda Naxçıvan stadionunun hazırkı təbii örtüyünün süni örtüklə əvəzlənməsi nəzərdə tutulub. Paralel olaraq, soyunub-geyinmə otaqlarına əl gəzdiriləcək, media sektor yenidən qurulacaq. Məqsəd növbəti mövsümdən "Araz Naxçıvan"nın doğma bölgəyə dönüşünü təmin etməkdi.