"Kəpəz"dən ayrılandan sonra işsiz qalan Yaşar Vahabzadə yenidən AFFA-ya qayıda bilər.

Rekord.az xəbər verir ki, təcrübəli məşqçi Gəncə klubuna getməmişdən öncə uzun müddət federasiyada çalışıb, daha çox Bernard Lippertin köməkçisi postunu tutub.

AFFA rəhbırliyi ilə də münasibəti yaxşı olub. Yenə də məhz həmin münasibətdən istifadə edib federasiyadan iş alacağına ümid edir. Hətta deyiləmnə görə, çevrəsi vasitəsi ilə AFFA-nın baş katibi Sərxan Hacıyevə mesaj da göndərib.