
Yapon futbolçu yenidən “Sumqayıt”da
- 00:13
- 46
“Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, “kimyaçılar” yapon yarımmüdafiəçi Masaki Muratanı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Murata "Sumqayıt"ın heyətində 71 nömrəli formada çıxış edəcək.
Murata 2023/24 mövsümündə “Sumqayıt”da çıxış edib. O, daha sonra Danimarkanın “Vayle” klubuna keçib.
Masaki bu mövsüm “Vayle”də 3 oyuna çıxıb.