İspaniyanın “Selta” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Rekord.az xəbər verir ki, La Liqa təmsilçisi İtaliyanın “Kalyari” klubundan Filip Bradariçi heyətinə qatıb.

Bu barədə “Selta”nın rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu mövsümün sonuna qədər icarə əsasında La Liqa klubunda top qovacaq.

“Selta” yayda xorvat yarımmüdafiəçinin transfer hüquqlarına sahib ola bilər. Bradariç mövsümün ilk dövrəsini icarə əsasında Xorvatiyanın “Hayduk” klubunda keçirib. Yarımmüdafiəçi Xorvatiya yığmasında da 6 oyun keçirib.