Xorvatiya mətbuatı Zaqreb "Dinamo"sunda çıxış edə edən millimizin üzvü Mahir Emreli haqda yazıb.

Rekord.az xəbər verir ki, “İndex.hr” nəşri qeyd edib ki, Emrelinin paytaxt klubuna keçməsi komandanın hücum xəttini istənilən kimi gücləndirməyib:

"Dinamo" qış transfer pəncərəsində Mahir Emreli ilə müqavilə bağlaması Martin Ojedanın transferinin baş tutmamasından sonra təsəlliverici mükafat idi.

Azərbaycanlı hücumçu 2020/2021 mövsümündə "Qarabağ"da 22 qol vurmuşdu. “Legiya”da isə o qədər də “öldürücü” deyildi və sonda Polşa klubundan ayrıldı.

"Dinamo" hələ də axtarışdadır. Emreli yaxşı transfer hesab edilə bilər. Amma “Dinamo”ya növbəti mövsüm oyunu üzərinə götürməyi bacaran və hədəflərinə arxalana biləcəyini sübut etmiş bir oyunçu lazımdır”.

Bu ilin fevral ayında "Dinamo"ya keçən Mahir Emreli komandada ümumilikdə 4 oyun keçirib və fərqlənə bilməyib.