"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 2-ci turunun növbəti oyunu baş tutub.

Rekord.az xəbər verir ki, ilk turda məğlub olmuş "Sumqayıt" "Xırdalan"la qarşılaşıb.

Əlavə vaxtın yaşandığı oyunun yekununda "Xırdalan" 81:77 hesablı çətin qələbə qazanıb. Ən məhsuldar basketbolçular "Sumqayıt"da Smit Roderik (20 xal, 14 ribaund), "Xırdalan"da isə Cakori Arçi (29 xal, 8 ribaund) olublar.

İkinci turun digər oyunları ("Cəlilabad" - "Neftçi", "Şəki" - "Sərhədçi") 4 və 5 noyabr tarixlərində baş tutacaq. Turun "NTD-INDIGO" - "Sabah" oyunu, Xaçmaz təmsilçisinin rəsmi müraciəti əsasında irəli bir tarixə təxirə salınıb.