"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 8-ci turunun açılış oyunu baş tutub.

Rekord.az xəbər verir ki, ilk matç "Xəzri" və "Sərhədçi" klubları arasında keçirilib.

Rəqibə nisbətdə daha üstün oyun nümayiş etdirən "Xəzri" yekunda 117-100 hesablı qazanıb. Ən məhsuldar basketbolçular "Xəzri"dən Mark Vital (28 xal, 4 ribaund), "Sərhədçi"dən isə Cəbrayıl Əkbərov (24 xal, 14 ribaund) olub.

8-ci turun növbəti oyunları ("Sabah" - "Sumqayıt", "Xırdalan" - "Neftçi", "Gəncə" - "Şəki", "NTD-İNDİQO" -"Cəlilabad") 15, 16 və 17 dekabr tarixlərində baş tutacaq.