Paytaxtın Xəzər rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyev İli" çərçivəsində sambo idman növü üzrə rayon turniri keçirilib.

Rekord.az xəbər verir ki, Xəzər Rayon Gənclər və İdman İdarəsi və "Təhsil" RİM 5 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə uşaq və yeniyetmələr arasında turnir təşkil olunub.

Turnir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilmiş, Ümummilli lider Heydər Əliyevin və Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edilib.

Sambo turnirində Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, "Təhsil" RİM 5 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin direktoru Elman Rzazadə, məktəbin müəllimi Mərdan Quliyev, sambo üzrə veteran məşqçi və beşqat dünya çempionu Vahid Hüseynov, həmçinin turnir iştirakçıları iştirak ediblər. Turnirin sonunda iştirakçılara diplom, medal və hədiyyələr təqdim edilib.