Türkiyənin “Altay” komandasının baş məşqçisi Mustafa Dənizli postundan ayrılıb.

Rekord.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

72 yaşlı mütəxəssisin istefasına komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Super Liqada 13 oyundur qələbəyə həsrət qalan komanda 20 oyuna topladığı 18 xalla 20 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.

Dənizli 2021-ci ilin aprelindən “Altay”ı çalışdırırdı. O, bu komandanı ötən mövsümün nəticələrinə əsasən 18 illik fasilədən sonra Super Liqaya çıxarmışdı. Təcrübəli mütəxəssis 2013/14 mövsümündə “Xəzər Lənkəran”a da rəhbərlik edib.