"Bayern Münhen"in hücumçusu Robert Levandovskinin həyat yoldaşı Anna ərinin "Barselona"ya mümkün transferinə münasibət bildirib.

Rekord.az xəbər verir ki, bunu futbolçunun xanımından sosial şəbəkədə soruşublar.

Anna qısa cavabla diqqət mərkəzinə düşüb: "Mən də yeni mövsümə harada başlayacağını bilmək istəyərdim".

Daha öncə "Barselona"nın Münhen klubuna Levandovskiyə görə 50 milyon avro təklif etdiyi barədə informasiyalar yayılıb. 

Polşa millisinin forvardı dünən Almaniyaya yollanaraq mövsümöncəsi tibbi baxışdan keçib. Buna baxmayaraq, Robertin fikrini dəyişmədiyi, sadəcə, peşəkarlıq naminə "Bayern"in toplanışına qatılmağı planlaşdırdığı bildirilir.