Ötən mövsüm Region Liqasında çıxış edən “Xan Lənkəran” “Qobustan” üçün stadion tikdirirdi.

Rekord.az xəbər verir ki, bunu “Qobustan”ın vitse-prezidenti Taleh Gülməmmədov “Futbol+”ə müsahibəsində söyləmişdi.

 

Onun sözlərinə görə, stadionu “Xan Lənkəran”ın rəhbərliyi, şəxsən prezident Pərviz Hüseynov tikdirir.

Maraqlıdı, hazırda işlər nə yerdədi? Stadion nə vaxt istifadəyə veriləcək? Bu haqda məlumat almaq üçün Taleh Gülməmmədovla əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:
 

“Xırda işlər bitib. Qalan məsələlər isə hələ ki dayanıb. Biz də gözləyirik. Hazırda iş getmir. Səbəbi bizə də məlum deyil. Bununla bağlı “Xan Lənkəran” rəhbərliyindən yaxın günlərdə məlumat veriləcəyini gözləyirik”.