“Sağlam həyat” layihəsi çərçivəsində Siyəzən şəhər 4 nömrəli tam orta məktəbdə Siyəzən, Şabran və Xaçmaz boksçuları arasında turnir keçirilib.

Rekord.az xəbər verir ki, turnir yeniyetmə və gənclər arasında boks idman növünün təbliği, bu idman növünə marağın artırılması, sağlam həyat tərzinin təşviq edilməsi, gənc boksçuların yarış təcrübəsinin yüksəldilməsi, həmçinin idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məqsədi daşıyıb.

İdman tədbirində 60-dan çox yeniyetmə və gənc boksçu iştirak edib.