Xaçmaz şəhərində yerləşən boks idman zalında boks idman növü üzrə kütləvi idman tədbiri keçirilib.

Rekord.az xəbər verir ki, kütləvi idman tadbirini idman ustası, beynəlxalq turnirin qalibi, məşqçi-müəllim Elnur Heydərov rəhbərlik edərək idmançılara boks elementləri və fənlərin texnikasını göstərmiş, həmçinin rinqdə qarşılaşmalar keçirmişdir.

Məşqçi Elnur Heydərov yetirmələrindən bir neçəsinin perspektivli olduğunu, onların gələcəkdə ölkə və beynəlxalq miqyaslı yarışlarda müvəffəqiyyət qazanacaqlarına çox inandığını xüsusi vurğulamışdır.

Tədbirdə 20 nəfər boksçu iştirak etmişdir.