Xaçmaz rayonunda  "Heydər Əliyev İli"nə həsr olunmuş kikboksinq üzrə açıq rayon birinciliyi keçiriləcək.

Rekord.az xəbər verir ki, birincilik 21 maya təyin olunub.

Saat 11:00-a təyin olunan görüşlər Xaçmaz Olimpiya İdman Kompleksində baş tutacaq.