
Vurğun Hüseynov: "Aşkar qayda pozuntusu idi"
- 19 Fev 2023 11:00
- 461
“Qəbələ” – “Sumqayıt” matçında “Qəbələ”nin hesabı açdığı epizod xeyli mübahisə doğurdu. Çünki öncə Utziq hava mübarizəsi zamanı dirsəyi ilə Səbuhi Əhmədzadənin boynuna, ardınca isə açıq ayaqla Vurğun Hüseynovun ayağına zərbə endirdi. Baş hakim Əliyar Ağayev isə hər iki epizodda “davam” işarəsi verdi və “Qəbələ” hücumun sonunda hesabı açdı. Qoldan sonra VAR-dan epizoda baxmaqla bağlı Ağayevə siqnal gəlsə də, o, bundan imtina edib qolu hesaba aldı.
Oyundan sonra Rekord.az-a açıqlama verən “Sumqayıt”ın kapitanı Vurğun Hüseyno isə həmin epizodda qayda pozuntusu olduğunu əminliklə bildirdi: “Səbuhinin epizodunu qoyuram qırağa, ona baxıb qərar verin. Amma mənim epizodum aşkar qayda pozuntusu idi. Çünki topa ilk mən çatdım və mən oynadım. Utziq açıq ayaqla mənim ayağıma zərbə endirdi. Hakim isə deyir ki, heç nə yoxdur. VAR-dan gələn siqnala niyə baxılmır? VAR nəyə görədi? VAR olmasa, deyərəm gözlərindən qaçdı. Gedin baxın da, belə olmaz axı".