Regionlar liqasında çıxış edən “Baku Sporting”in idman direktoru Vüqar Nadirov həm də klubda uşaq futbolunu kurasiya edir.

Cempion.az xəbər verir ki, “Qarabağ” və millimizin sabiq üzvü aşağı yaş qrupları üzrə komandalara cavabdehdir. Onun rəhbərliyi altında məşqlər "Qarabağ"ın köhnə bazası olan "Ruslan 93"də keçirilir.

Bu işlər çərçivəsində o, aşağı yaş qrupu üzrə komandanın qapıçısını oyunda və məşqlərdə fəal iştirakına görə forma ilə mükafatlandırıb.

Qeyd edək ki, 32 yaşlı Nadirov bu ilin oktyabrında “Baku Sporting”in idman direktoru təyin olunub.